Aparıcı Xoşqədəm Hidayətqızı reklam qonorarını açıqlayıb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, o, bu haqda "Səni axtarıram" verilişində danışıb.
X.Hidayətqızı onun adından istifadə edən həkimlərdən birini tənqid edib.
"Biri var, yanına gələn pasiyentlərə deyir mən Xoşqədəm Hidayətqızında filan prosedurları etmişəm. Ay qardaş, adımı niyə çəkirsən? Pulumu ödəyib nəsə etdirmişəm. Nə istəmisən onu ödəmişəm. Deyiblər reklam, demişəm siz mənim qonorarımı ödəyə bilməzsiniz. Mənim reklam qiymətim 100 min dollardır. Belə riskə gedə bilmərəm. İnsanlar mənə inanır. Gedərlər birini pis vəziyyətə qoyar, niyə belə şeyə gedim? Özünüzə sayqınız olsun, reklam qarşılığında həkimə getməyin", - deyə o bildirib.