İslamabadda Pre-COP29-la bağlı panel müzakirəsi keçiriləcək

Pakistanın Regional Araşdırmalar İnstitutu İslamabadda “Uçurumun aradan qaldırılması: Pakistanda humanitar agentliklər və iqlim uyğunlaşması” adlı Pre-COP29 adlı panel müzakirəsi təşkil edir.

Metbuat.az xəbər verir ki, Pakistanın iqlim dəyişikliyi üzrə keçmiş federal naziri senator Şerri Rəhman və digər rəsmilərin də iştirak edəcəyi tədbirdə COP29-a hazırlıq və bir sıra məsələlər müzakirə olunacaq.

Panel müzakirəsində iqlim dəyişikliyi ilə əlaqədar qurumların nümayəndələri, diplomatlar və tanınmış jurnalistlərin iştirak edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı