​ABŞ İsrailə 17,9 milyard dollar hərbi yardım edib - Hesabat

ABŞ, İsrail Qəzzada irimiqyaslı əməliyyatlara başlayandan bəri Təl-Əvivə 17,9 milyard dollar hərbi yardım edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Brown” universitetinin “Watson” Beynəlxalq və İctimai Münasibətlər İnstitutu tərəfindən hazırlanan hesabatda deyilir. Hesabatda deyilir ki, ABŞ İsrailə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 6,8 milyard dollar, müdafiə sistemlərinin yenilənməsi üçün 5,7 milyard dollar və digər yardımlar edib. İsrailə edilən 17,9 milyard dollarlıq hərbi yardımın bir hissəsinin əvvəlki illərdə əldə edilmiş razılaşmalara əsaslandığı bildirilib. Hesabatda, “Washington Post” qəzetinin ABŞ-ın İsrailə 100-dən çox hərbi satışa gizli icazə verdiyinə dair xəbərinə istinad edilib.

Qeyd edilib ki, “Washington Post” qəzetinin adı açıqlanmayan amerikalı rəsmilərə əsaslanaraq verdiyi xəbərə görə, bir sıra dəstəklər barədə ictimaiyyətə açıqlama verilməyib və məsələ barədə yalnız Konqresə məlumat verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR