​Mükafat buna görə Vinisiusa verilməyib - Şok iddia

Keçmiş futbolçu Klarens Zeedorf “Qızıl top” mükafatı ilə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, o, “Qızıl top”la bağlı seçimi tənqid edib. Klarens Seedorf iddia edib ki, Vinisius Juniorun “Qızıl top” mükafatını ala bilməməsi UEFA ilə “Real Madrid” arasındakı problemlərlə bağlıdır. “TNT Sports”a danışan Klarens Seedorf, "Düşünürəm ki, "Real Madrid"lə UEFA arasında bəzi problemlər var idi və bu, "Qızıl top"un nəticələrinə təsir etdi. Vinisius Junior mükafata layiq olan şəxs idi. Məncə, qərar böyük biabırçılıqdır" - deyə bildirib.

Qeyd edək ki, ötən mövsüm üzrə “Qızıl top” mükafatına "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri layiq görülüb. Qalibin kim olacağından daha əvvəl xəbər tutan “Real” rəhbərliyi tədbiri boykot edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı