Goranboyda ər və arvad faciəvi şəkildə vəfat etdi

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı