Rusiya hərbi dəstək qarşılığında Pxenyana düyü verəcək - Kəşfiyyat

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın Rusiyanı Ukraynada dəstəkləmək üçün minlərlə hərbçi göndərdiyini açıqlamışdı.

Metbuat.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı məsələ ilə bağlı yeni iddia irəli sürüb. İddialara görə, Rusiya bu hərbi dəstək qarşılığında Şimali Koreyaya 600-700 min ton düyü verəcək. Kəşfiyyatın məlumatına görə, Rusiya tərəfində döyüşən Şimali Koreya əsgərlərə aylıq 2 min dollar maaş verilir və azı 10 min əsgər Ukraynaya göndəriləcək.

Cənubi Koreyanın Moskvadakı keçmiş səfiri və parlament üzvü Vi Sung-lac bəyan edib ki, Şimali Koreya Rusiyanın dəstəyi ilə maliyyə və ərzaq böhranını xeyli yüngülləşdirib. İddialara görə, Şimali Koreyanın Ukraynaya qoşun göndərmək qərarı ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə Ukrayna müharibəsinin tezliklə bitəcəyi proqnozuna əsaslanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı