İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında hərbi əməkdaşlıqdan danışdı

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.

Metbuat.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı