“Real Madrid”də uğursuz oyunlardan sonra baş məşqçi Karlo Ançelottinin istefası gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, “Real” rəhbərliyi məşqçinin qovulmasını gündəmdə saxlayır. Lakin onun qovulması halında hazırda hansının məşqçinin kluba gətirələcəyi müzakirə edilib. Hazırda mövsümün ortası olduğuna görə, “Real” hansısa məşqçini razı salmaqda çətinlik çəkə bilər. İspaniya mediasının məlumatına görə, hazırda klubda son mövsümünü keçirən baş məşqçinin, mövsümün sonuna qədər klubda saxlanılması da mümkündür.
Qeyd edək ki, “Real” bu mövsüm artıq 3 dəfə məğlub olub. Ötən mövsüm isə “Real” ümumilikdə 2 dəfə məğlub olmuşdu.