"Yuventus"da uğurlu oyun nümayiş etdirən Kənan Yıldız üçün maraqlı transfer iddiası ortaya atılıb.
Metbuat.az xəbər verir ki, İtaliya və İspaniya mətbuatı Kənan Yıldızın "Barselona"ya transfer ola biləcəyiniiddia edib. "Yuventus"un "İnter"lə 4-4 bərabərə qaldığı matçdan sonra İtaliya mətbuatı Kənan Yıldızı tərifləyib və “Barselona”nın futbolçu ilə maraqlandığını irəli sürüb."Yuventus"un 10 nömrəli futbolçusunun "Barselona"ya transfer ola biləcəyi barədə xəbər İtaliya mediasında müzakirə olunub.
“Barselona”nın baş məşqçisi Flikin Kənan Yıldızın transfer edilməsi ilə bağlı hesabat verdiyi irəli sürülüb. İddialara görə, futbolçu özü də “Barselona”ya transfer olmaq istəyir.