"Qələbəni və vurduğum qolları İkardiyə həsr edirəm".
Metbuat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Samsunspor" üzərində qələbədən sonra deyib.
Nigeriyalı futbolçu komanda yoldaşı Mauro İkardinin ona həmişə yaxşı davrandığını, komanda üçün mühüm futbolçu olduğunu vurğulayıb.
""Samsunspor" da yaxşı oynadı, niyə hazırkı mövqedə olduqlarını göstərdilər. Bu qələbə həm də milli komandalara gedəcək futbolçularda özünəinamı artırdı", - deyə Osimhen əlavə edib.
Qeyd edək ki, son çempion “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.