Şimali Koreya əsgərləri müharibəyə qoşuldu

Rusiya ərazisinə göndərilən Şimali Koreya əsgərləri Kurskda müharibəyə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb. Kəşfiyyat Şimali Koreya əsgərlərinin müharibədə iştirakına dair səs yazıları əldə edib. Bununla da, Şimali Koreya qoşunları 1950-ci illərdən bəri ilk dəfədir ki, aktiv döyüşlərdə iştirak edir. Rusiyanın Ukrayna ilə sərhəd bölgəsi Kurskda azı 11 min Şimali Koreya əsgərinin yerləşdirildiyi deyilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna və Şimali Koreya qoşunları ilk dəfə Rusiya ərazisi olan Kurskda üz-üzə gəldiyi açıqlanmışdı. Ukrayna Prezidenti Vladimir Zelenskinin iddiasına görə, Ukrayna mövqelərinə basqın edən Şimali Koreya əsgərləri cəbhədə ilk itkilərini veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı