Türkiyənin Rizə şəhərində zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ saat 13:02-də (Bakı vaxtı ilə) Rizənin Hemşin ilçəsində qeydə alınıb.
4.7 bal gücündə olan zəlzələ yer səthindən 12.85 kilometr dərinlikdə baş verib.
Dağıntı və təlafat barədə məlumat verilməyib.