Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirildi

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ-ın ermənipərəst konqresmeni Frank Peloniyə qarşı etiraz aksiyası keçirirlər.

Metbuat.az xəbər verir ki, aksiya iştirakçıları azərbaycanlıları təhqir etmiş konqresmen Frank Peloninin xalqdan üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçiləri ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycana qarşı böhtan kampaniyalarına görə cavab verməsini tələb edirlər.

Xatırladaq ki, dünən bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Frank Peloninin qaldığı hotelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini və ölkəni tərk etməsini tələb etmiş, onun müharibə cinayətkarlarına himayəçilik edən şəxs olduğunu, belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsinin COP tarixinə utancverici hadisə kimi düşəcəyini bildirmişdilər. Hadisə zamanı aksiya iştirakçıları Frank Peloninin mühafizəçiləri tərəfindən hücuma məruz qalıb, müxtəlif bədən xəsarətləri alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı