Fransada solçu blokun ən iri partiyası olan “İtaətsiz Fransa” prezident Emmanuel Makronun impiçmenti ilə bağlı yeni təşəbbüs irəli sürüb.
Metbuat.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Partiya nümayəndələrinin hazırladığı müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib. Deputatlar hazırladıqları impiçment qətnaməsini noyabrın 28-də parlamentə təqdim etməyi planlaşdırır. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə əsaslanır və prezidentin konstitusiya qaydalarını pozduğu halda vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.
Xatırladaq ki, “İtaətsiz Fransa” partiyası daha əvvəl də oxşar təşəbbüslə çıxış etmişdi. Lakin həmin vaxt təklif rədd edilmişdi. Bu dəfə isə solçu blokun təşəbbüsünün parlamentdə daha geniş müzakirə olunması gözlənilir. Təklifin məqsədi Makronun siyasətinə qarşı kəskin tənqidi mövqe nümayiş etdirmək və onun fəaliyyətini dayandırmaq üçün hüquqi prosedurlara başlamaqdır.
Bu təşəbbüs Fransanın siyasi arenasında gərginliyin artmasından xəbər verir və parlamentdə ciddi müzakirələrə səbəb olacağı gözlənilir.