NATO səfirləri Rusiyanın Ukraynaya ballistik raket buraxmasından sonra toplanıb.
Metbuat.az xəbər verir ki, bu barədə NATO-dan açıqlama verilib. Açıqlamada deyilir ki, NATO-Ukrayna Şurası, Rusiyanın nüvə olmayan hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi atmasından sonra Brüsseldə səfirlər səviyyəsində toplanıb. İclasda alyansın Kiyevə dəstəyi bir daha bəyan edilib. Bildirilir ki, Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri Şuraya videokonfrans vasitəsilə bağlanaraq, NATO səfirlərini ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlandırıblar.
Bəyanatda deyilir ki, Rusiyanın hərəkəti münaqişənin gedişatını dəyişməyəcək və NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirə bilməyəcək.