Səudiyyə Ərəbistanının "Əl-Nassr" 32 yaşlı seneqallı futbolçunu "Fənərbaxça"ya təklif edib. Türkiyə klubu həmin təklifə mənfi cavab verib.
Metbuat.az Türkiyə KİV-nə isinadən xəbər verir ki, son illərdə zədələrdən əziyyət çəkən Mane davamlı şəkildə meydanlara çıxa bilməyob. Belə ki, o, son iki ildə 139 gün meydandan uzaq qalıb. Həmçinin məhsuldarlıq baxımından "Liverpul"dakı performansdan uzaq görünür. Cari mövsüm 11 liqa matçında 3 qol və 5 məhsuldar ötürmə ilə kifayətlənən Mane, digər 9 oyunda yalnız 2 qol vurub. "Fənərbaxça" rəhbərliyi tələb olunan yüksək məbləğ və futbolçunun davamlılıq problemlərini nəzərə alaraq bu transferdən imtina edib.
Klub rəhbərliyi hazırda Anderson Taliska və Kristian Medinanın transferlərinə üstünlük verir. Müdafiəni gücləndirmək üçün də transfer planı mövcuddur. Mane isə bu planda yer almır, çünki klub mövcud heyətindən – Allan Sent-Maksimin, Oğuz Aydın, Duşan Tadiç və İrfan Can Kahvecidən razıdır.