Qadın sərnişin tualetdə gizlənərək ​Nyu-Yorkdan Parisə uçub

Nyu-Yorkdan Parisə uçan Delta Hava Yollarına məxsus təyyarədə qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, adı açıqlanmayan qadın pulsuz uçmaq üçün hava limanında iki təhlükəsizlik məntəqəsindən keçərək təyyarəyə daxil ola bilib. Qadın 7 saat tualetlərdə qalaraq uçmağı bacarıb. Ardınca qadın uçuş heyətinin diqqəti sayəsində yaxalanıb. Qadın uçuş zamanı davamlı olaraq dörd fərqli tualet arasında gedib-gəlməsi ilə diqqət çəkib. Sərnişinlər onun problemi olduğunu hesab etsə, kabin heyəti vəziyyəti araşdırmağa başlayıb.

Heyət üzvləri qadının təyyarədə qeydiyyatda olan 375 sərnişindən biri olmadığını müəyyən edib. Təyyarə eniş edəndən sonra qadın polis tərəfindən saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR