Məşhur şirkət smartfon bazarını tərk etdi - Telefon istehsalını dayandırdı

Cənubi Koreyanın texnologiya nəhəngi “LG Electronics” mobil sənayedən tamamilə çəkilib.

Metbuat.az xəbər verir ki, bütün patent hüquqlarını Çinin Vivo şirkətinə satan LG rəsmi olaraq smartfon bazarını tərk edib. Bununla da, LG-nin 46 mühüm patent hüququ Vivo-ya keçib. Məlumata görə, texnologiya şirkəti bazarda rəqabət apara bilmədiyi üçün bütün patent hüquqlarını Çin şirkətinə satıb. Bildirilib ki, bu patentlərin əksəriyyəti video siqnalın sıxılması üçün tələb olunan kodeklərlə bağlı standart patentlərdir. Kodeklər rəqəmsal video və audionun sıxılmasını və açılmasını təmin edən texnologiyalardır.

Xüsusilə, bu 46 patent çərçivədaxili proqnozlaşdırma, transform kodlaşdırması, hərəkət vektorunun proqnozlaşdırılması, xroma formatı, affin hərəkətin proqnozlaşdırılması, bit axını siqnalının işlənməsi və yüksək tezlikli sıfırlama kimi video emalının səmərəliliyi və keyfiyyəti ilə bağlı mühüm texnologiya sahələrini əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR