Hakan Fidan və Qətərin Baş naziri Suriyadakı vəziyyəti müzakirə etdi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Sani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, tərəflər Qəzza zolağı, işğal olunmuş Fələstin əraziləri və Suriyada baş verən son hadisələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR