"Apple" şirkətinin 2025-ci ildə təqdim edəcəyi "iPhone 17" seriyası ilə bağlı yeni məlumatlar sızıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl yayılan xəbərlərdə titan materialından imtina edilərək yerinə alüminium çərçivə olacağı iddia olunsa da, yeni məlumatlar bunu təkzib edir.
"Instant Digital"a görə, "Apple" titan çərçivədən dan vaz keçməyəcək. Mənbə Pro modellərin əvvəllər paslanmayan poladdan hazırlandığını vurğulayaraq alüminiuma keçid iddialarını məntiqsiz adlandırıb. Məlumatlara əsasən, Apple yeni seriyada çərçivədən çox arxa paneldə alüminium istifadə etməyi planlaşdırır. Xüsusilə kamera çıxıntısı kimi hissələrin alüminiumdan hazırlanma ehtimalı müzakirə olunur.
"iPhone 17" seriyasında əlavə yeniliklərin də təqdim olunacağı gözlənilir. "Apple"ın titan materialdan istifadəsinə davam etməsi həm möhkəmlik, həm də premium təcrübə baxımından mühüm addım hesab olunur.
Qeyd edək ki, "Apple" "iPhone 15" seriyasının Pro modellərində ilk dəfə titan çərçivələrdən istifadə etməyə başlayıb. İstifadəçilər ilkin mərhələdə bu dəyişikliyə alışmaqda çətinlik çəksələr də, material sonradan böyük rəğbət qazanıb.