PSJ prezidenti Nasser Al-Xelaifi "Liverpul"un misirli ulduzu Məhəmməd Salahla bağlı yayılan iddiaları təkzib edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Al-Xelaifi Salahın komandaya keçəcəyi barədə yayılan xəbərlərin əsassız olduğunu bildirib: “Salah əla oyunçudur, amma səmimi desəm, onu heç düşünməmişik. Hər klubun ona sahib olmaq istədiyini bilirik, lakin bizim haqqımızda deyilən bu şayiələr tamamilə yanlışdır”, deyə o qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Salah "Liverpul"dan yeni müqavilə təklifi almadığını açıqlayıb. 32 yaşlı futbolçu cari mövsümdə "Liverpul" heyətində 20 oyunda iştirak edərək 13 qol vurub, 11 məhsuldar ötürmə edib.