Türkiyəyə köçən tanınmış aparıcı Gülnarə Məmmədova Bakıya gəlib.
Metbuat.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişinin qonağı olub və burada diqqətçəkən açıqlamalar verib.
"Bakıya qonaq gəlmişəm. Oğlumu da gətirmişəm. Ola bilər ki, artıq burada qalım", - deyə aparıcı bildirib.
Qeyd edək ki, Gülnarə Məmmədova vaxtilə ANS telekanalında çalışıb və "Kamerton" verilişi ilə tanınıb. Aparıcı 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə həyatı qurub. Bu onun ikinci nikahıdır.