"Real Madrid"in futbolçusu Luka Modriç rəhbərlikdən müqaviləsini daha bir il uzadılmasını istəyib.
Metbuat.az xəbər verir ki, bu, Arda Gülerin “Real Madrid”dəki gələcəyi ilə də yaxından bağlıdır. Məlumata görə, rəhbərlik hələlik yeni müqavilə bağlamaq fikrində deyil. İspaniya mediasının iddiasına görə, rəhbərlik xorvatiyalı futbolçunun təklifini nəzərdən keçirmir. Bildirilir ki, ötən mövsüm də eyni vəziyyət müşahidə edilib. Modriçin müqavilə uzatmaq təklifini nəzərdən keçirməyən “Real”, mövsüm başlayarkən onunla yeni müqavilə imzalayıb.
Məlumata görə, “Real” Modriçlə davam etməməyə qərar verərsə, Ardanın oyunundan asılı olaraq, onun mövqeyinə yeni transfer həyata keçirə bilər. Qeyd edilir ki, Arda Güler uğurlu oyun nümayiş etdirsə, “Real” Modriçlə müqavilə imzalamayacaq. Bundan əlavə yeni transferlər də həyata keçirilməyəcək və Arda Güler həmin mövqeyin əsas futbolçularından biri olacaq.