Ermənistanın bu hərəkəti Rusiya ilə münasibətlərə ziyan vurur - Zaxarova

"Haaqada Rusiya Federasiyasının bir sıra vəzifəli şəxsləri barəsində verilmiş kvazihəbs orderləri fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur".

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə bildirib.

“Əgər Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq hüquq normasının və ya hüquq normalarının möhkəmlənməsinə töhfə verə bilsəydi, yəqin ki, bunu yenə də başa düşmək və alqışlamaq olardı. Amma bu psevdoməhkəmənin 20 illik iş təcrübəsi bunun əksini göstərir. BCM heç bir münaqişəni həll etməyə kömək etmədi”, - deyə o bildirib və əlavə edib ki, BCM-in adı, “həm bu struktur daxilində, həm də ondan kənarda sonsuz qalmaqallarla əlaqələndirilir”.

Eyni zamanda, M.Zaxarova vurğulayıb ki, BCM-in təcrübəsində beynəlxalq hüququn, ədalətin əsas standartlarının və sadəcə olaraq sağlam düşüncənin birbaşa pozulması halları “kifayət qədər çoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR