“WhatsApp” qrup söhbətlərini daha interaktiv və əlçatan etmək üçün yeni səsli söhbət funksiyası üzərində işləyir.
Metbuat.az xəbər verir ki, proqram qrup çatlarında bir toxunuşla səsli ünsiyyət seçimini sınaqdan keçirir. Bu yenilik sayəsində xüsusilə istifadəçilərin çox olduğu qruplarda mətn mesajlaşmaları zamanı ünsiyyət qarışıqlığının qarşısının alınması hədəflənir. Qrup üzvlərinin istədikləri zaman qoşulub ayrıla biləcəyi bu səsli söhbət mövcud qrup zənglərindən fərqlidir. Bildirilir ki, mövcud qrup zənglərində bütün iştirakçılar eyni anda onlayn olmalıdır. Yeni funksiyaya görə, istifadəçilər səsli söhbətə istədikləri zaman qoşulub ayrıla bilərlər. Bu da planlaşdırma problemlərini xeyli azaldır. Yeni funksiya hazırda “WhatsApp”ın Android beta versiyalarında müşahidə edilib.
“WhatsApp”ın bu yeni funksiyası qrup çatlarını daha dinamik hala gətirmək və istifadəçilərin yazışmalara ehtiyac duymadan öz fikirlərini intensiv paylaşa biləcəkləri səsli ünsiyyət mühiti yaratmaq məqsədi daşıyır.