İspaniya La Liqasında 16-cı turun "Real Betis" - "Barselona" qarşılaşması başa çatıb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, oyun Sevilyadakı "Benito Villamarin" stadionunda keçirilib və heç-heçə ilə yekunlaşıb - 2:2.
Matçın gedişində katalonların baş məşqçisi Hans Flik qırmızı vərəqə alıb.
Hazırda "Barsa" 38 xalla yarış cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi Madrid "Real"ının 33 xalı və ehtiyatda 2 oyunu var. "Betis"ə gəlincə klub 21 xalla 11-ci pillədədir.