​Əsədin təyyarəsi 05:29-da bazadan raketlə vurulub – KİV

Əsədin təyyarəsi Moskvaya uçan zaman vurulub.

Metbuat.az xəbər verir ki, bu iddia ilə “Bild” nəşri çıxış edib.

“Suriya ordusuna məxsus təyyarə yerli vaxtla saat 04:59-da Dəməşqdən havaya qalxıb. Təyinat bəlkə də Rusiya olub. Yerli vaxtla saat 05:29-da uçuş məlumatlarının qeydə alınması başa çatıb. Təxminən eyni vaxtda Suriya ordusunun döyüşsüz tərk etdiyi hərbi bazadan Əsədin qaçan təyyarəsinə raket atılıb”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, hadisə şahidləri Xümsün qərbindəki Əl-Suveyri kəndi ərazisində partlayış səsləri eşidiblər.

Qeyd edək ki, Suriya müxalifəti Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib. Bəşər Əsədin harada olduğu haqda məlumat yoxdur. Onun İl-76 təyyarəsi ilə ölkəni tərk edərkən qəza nəticəsində öldüyü bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı