Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.

“Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”.