Əvvəlcə icarə, sonra transfer - Türkiyə nəhənginin Neymar planı

Əl-Hilal"da çıxış edən Neymarın transferi ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, zədələrlə bağlı “Əl-Hilal”da uğurlu oyun nümayiş etdirə bilməyən futbolçu klubdan göndərilə bilər. Bildirilir ki, “Əl-Hilal” 90 milyon avroya transfer etdiyi Neymarı mövsümün fasiləsində icarəyə göndərmək istəyir. 1,5 mövsümdə 7 matçda forma geyinən Neymar bu matçlarda 1 qola imza atıb və 3 məhsuldar ötürmə edib. İddialara görə, Neymar dünya çempionatında iştirak etmək üçün rəqabətli çempionatda forma geyinmək istəyir.

Türkiyə mediasının iddiasına görə, "Qalatasaray” Neymarı icarəyə götürmək istəyir. "Qalatasaray"ın Avropada oynaması Neymarın kluba gəlməsinə səbəb ola bilər. Bildirilir ki, "Qalatasaray" Neymarı əvvəlcə icarəyə götürmək ardınca isə tranasfer etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı