Siyəzəndə məktəbli dəm qazından zəhərlənərək ölüb.
Metbuat.az “qafqazinfo”ya istinadən bildirir ki, hadisə Siyəzən şəhərində M.Ə.Sabir küçəsində baş verib.
Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.
Qeyd edək ki, bu ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar.
Belə ki, 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.