Xəbər verdiyimiz kimi, Göyçayda güclü külək fəsadlara səbəb olub.
Metbuat.az-ın məlumatına görə, külək nəticəsində rayonun Heydər Əliyev prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyü uçaraq magistral yola düşüb. Bundan əlavə, ərazidə olan çinar ağacları və budaqları qırılaraq yolu bağlayıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərin və piyadaların hərəkətində bir sıra çətinliklər yaranıb. Hal-hazırda prospekt boyunca hərəkət tam olaraq iflic olub.
Güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.
Davud Tarverdiyev / Metbuat.az