İspaniyanın "Sevilya" klubu "Qarabağ"ın futbolçusu Olavio Juninyo ilə maraqlanır.
Metbuat.az xəbər verir ki, komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib. AS nəşrinin məlumatına görə, Ağdam təmsilçisi bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edə bilər.
Qeyd edək ki, Olavio Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.