​İspaniya saxta xəbərlərlə mübarizə aparmaq üçün qanun hazırladı

İspaniya sosial media və rəqəmsal platformalarda saxta xəbərlərlə mübarizə aparmaq üçün qanun layihəsi hazırlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın solçu hökuməti açıqlama verib. Açıqlamaya görə, yeni tənzimləmə yalan və ya çaşdırıcı məlumatların ictimaiyyət tərəfindən korreksiyasını tələb edir. Həmçinin layihə saxta xəbərlər mübarizəyə sosial media fenomenlərinin cəlb edilməsini nəzərdə tutur. Məlumata görə, qanun layihəsi bir platformada 100 mindən çox və ya birdən çox platformada ümumilikdə 200 min izləyicisi olan istifadəçiləri əhatə edir. Bu şəxslər və onların istifadə etdiyi platformalar vətəndaşların dezinformasiyaya düzəliş tələb etmələrini asanlaşdıran mexanizm təklif etməli olacaq. Məqsəd saxta xəbərlərin yayılmasının qarşısını almaqdır. Qanun layihəsi hökumətin başlatdığı “demokratik yeniləşmə” planının bir hissəsidir.

Planın məqsədi saxta xəbərlərin siyasi məqsədlər üçün istifadə edilməsinə, baş nazir Pedro Sançesi və ailəsini hədəf almasına qarşı tədbir görməkdir. Qanun layihəsi parlamentə təqdim edilməzdən əvvəl məsləhətləşmə prosesindən keçəcək. Qanun parlamentdə qəbul ediləndən sonra qüvvəyə minəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı