Nizami Kino Mərkəzində “Qanlı Yanvar” filminin təqdimatı olub

23:12 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 23:08 ]

Bakı. Cavid Zeynalov - APA. Nizami Kino Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” filminin təqdimatı olub.

APA-nın mlumatına görə, təqdimat mərasiminə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri qatılıblar.

 

Vahid Mustafayev bildirib ki, film 63 günə çəkilib və bir ay müddətində post-prodakşn işləri tamamlanıb. Rejissorun sözlərinə görə ekran əsərində türk, rus və Azərbaycan aktyorları rol alıb.

 

Mərasimdə amerikalı aktyor Leyn Devis və türkiyəli aktrisa Nəbahət Çehrə də iştirak edib.  “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bədii filmdə Bakının 1990-cı il yanvarın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələri təsvir edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR