Rusiya qoşunları Ermənistan-İran sərhədindəki Aqarak sərhəd nəzarət məntəqəsindən çıxarılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib. O bildirib ki, Aqarak sərhəd məntəqəsinə nəzarət Ermənistan ordusuna tapşırılıb. Paşinyan indiyədək xidmət etmiş Rusiya Sərhəd Mühafizəsi Korpusunun zabitlərinə təşəkkür edib.