“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
Metbuat.az xəbər verir ki, bu barədə aktyorun dostu və həmkarı İlkin Həsəni sosial media hesabında məlumat verib.
O, Azərin sağlamlığı ilə bağlı ümidlərini ifadə edərək bildirib: "Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır".
Xatırladaq ki, Azər Baxşəliyev iki gün əvvəl koma vəziyyətində xəstəxanaya çatdırılıb. Dünən onun vəfatı ilə bağlı yayılan məlumatlar təkzib edilib. Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, həkimlər aktyorun ürək fəaliyyətini bərpa ediblər və hazırda müalicəsi davam edir.