"Qarabağ" klubu Qazaxıstanın "Astana" komandasının cinah yarımmüdafiəçisi Usman Kamara ilə maraqlanır.
Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan mediasında xəbərlər yayılıb. Kamara "Qarabağ"dan ayrılacaq iki əcnəbi futbolçunun yerinə gələcək.
Türkiyənin "Sivasspor" klubu da 26 yaşlı qvineyalının xidmətində maraqlıdır.
Qeyd edək ki, Kamaranın "Astana" ilə müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.