Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri, keçmiş prezidentliyə namizəd Marin Le Pen Mayotta adasında su nəqliyyatı qəzasına düşüb.
Metbuat.az BFMTV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Le Penin hərəkət etdiyi barja, qarşıdan gələn başqa bir barja ilə toqquşub. Toqquşma nəticəsində üç nəfər yüngül xəsarət alsa da, Marin Le Pen hadisədən xəsarətsiz xilas ola bilib.
Qeyd edək ki, Le Pen “Şido” qasırğasından sonrakı bərpa işləri ilə tanış olmaq məqsədilə Mayotta adasına səfər edib.