"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun klubdan gedəcəyi ilə bağlı iddialar irəli sürülüb.
Metbuat.az xəbər verir ki, Mourinyonun İngiltərə Premyer Liqasına qayıdacağı iddia edilib. "Everton" komandasının yeni sahibinin komandaya Joze Mourinyonu gətirmək istədiyi bildirilir. "Everton"un yeni sahibinin portuqaliyalı məşqçi üçün təklif irəli sürdüyü qeyd edilir. Məlumata görə, Joze Mourinyo "Everton"un yeni sahibi “Friedkin Group”un yeni baş məşqçi vəzifəsinə namizədləri arasındadır. "Everton"un Mourinyo üçün "Fənərbaxça"ya təzminat ödəməyə razı olduğu bildirilir.
Qeyd edək ki, Joze Mourinyonun "Fənərbaxça" ilə müqaviləsi gələn il yekunlaşır. "Fənərbaxça" çempionatda uğurlu oyun nümayiş etdirə bilmir. Joze Mourinyonun "Fənərbaxça"dakı işi tənqid edilir.