ABŞ-nin Los Angeles ştatında baş verən fəlakətli yanğın günlərdir davam edir.
Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azərbaycanlı iş adamı da zərər çəkib.
Belə ki, əslən Gəncədən olan iş adamı Frank Solmanın da evinin və maşınlarının yanıb kül olduğu deyilir.
Qeyd edək ki, son xəbərə görə, qeydə alınan meşə yanğınları nəticəsində 16 nəfərin həyatını itirdiyi bildirilir. Eyni zamanda 13 nəfərin itkin düşdüyü məlum olub. Yanğın 15 min hektardan artıq bir ərazidə yayılıb. 12 mindən çox tikiliyə zərər dəydiyi qeyd olunur.
Qeyd edək ki, Frank Solman Bakıda anadan olub. 2000-ci ildə ABŞ-a köçüb.
Hal-hazırda o, "SOCAL ENERGY Inc" və "Leadsack Inc" şirkətinin baş direktorudur.