Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova faciəli şəkildə həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin sosial media hesabında paylaşım edilib. O universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi.

Qeyd edək ki, A.Məmmədovanı Masallı rayonunda yolu keçərkən avtomobil vuraraq öldürüb.