Türkiyədə matəm elan edildi

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğınla bağlı ölkədə 1 günlük matəm elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Ərdoğan Boluda oteldə baş verən yanğınla bağlı araşdırmalara başlandığını ifadə edib. O bildirib ki, hadisənin bütün aspektlərini üzə çıxarmaq və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaq və atılmaqdadır. Ərdoğan hadisənin detallarını araşdırmaq üçün 6 prokuror və ekspert heyəti təyin edildiyini ifadə edib.

Qeyd edək ki, "Kartalkaya" Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı