​Meksika prezidenti Trampın bəyanatına reaksiya verdi

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampın “Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişəcəyik” sözlərinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Meksika üçün və dünya üçün coğrafi ərazinin adı Meksika körfəzidir. Mühacirlər mövzusunda ABŞ ilə dialoq qurmaq istədiklərini ifadə edən Şeynbaum, Vaşinqtonu əməkdaşlığa çağırıb. Şeynbaum, ABŞ-dan deportasiya ediləcək meksikalılara dəstək vermək üçün 2610 hüquq mütəxəssisi və 1773 məmurdan ibarət qrup yaradıldığını açıqlayıb. O, meksikalıların ABŞ iqtisadiyyatı üçün əhəmiyyətli qüvvə olduğunu vurğulayıb. Şeynbaum ABŞ-la müzakirə ediləcək çoxlu məsələlərin olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp ölkəyə qanunsuz daxil olanların deportasiya ediləcəyini və Meksika sərhədinə ordu cəlb edəcəyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı