Tramp Putini hədələdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin atəşkəs üçün danışıqlar masasına gəlmədiyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tramp bildirib ki, müharibədə 1,5 milyona yaxın əsgər həlak olub. Tramp, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Putinə hədələyici xəbərdarlıq edib. Tramp Rusiya-Ukrayna müharibəsinin indi bitməli olduğunu və həm Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirib. Tramp keçmiş prezident Co Baydeni də tənqid edib. Onun sözlərinə görə, sərişətli prezident olsaydı, müharibə baş verməzdi. “Mən prezident olsaydım Ukraynada müharibə heç vaxt baş verməzdi” deyən Tramp, Baydenin Putinə hörmətsizlik etdiyini və prosesi səhv idarə etdiyini əsas gətirib. Tramp bu prosesin ikitərəfli atəşkəs prosesi olduğunu qeyd edərək, "Zelenski mənə dedi ki, sülhü çox istəyir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı