Kaliforniya ştatının Los-Anceles dairəsindəki "Hughes" meşə yanğını səbəbindən 31 min sakinə məcburi təxliyə, 23 min nəfərə isə mümkün təxliyə xəbərdarlığı edilib.
Metbuat.az xəbər verir ki, bu barədə “CBS News” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, yanğın hazırda 9,2 min akr (37 kv km) ərazini əhatə edir. Hadisə yanvarın 7-dən bəri davam edir, ən azı 25 nəfərin həlak olduğu açıqlanıb. Mütəxəssislər yanğının quraq və küləkli hava şəraitində sürətlə yayıldığını bildirirlər.