Azərbaycanda fəaliyyət göstərən 18 nazirlik mövcuddur. Hər bir nazirlik müəyyən funksiyaları yerinə yetirir, müxtəlif sahələrdə idarəetmə və nəzarət həyata keçirir. Nazirlər isə Prezident tərəfindən təyin olunur və öz sahələrindəki siyasətləri icra edirlər.

Metbuat.az nazirlərin yaşları ilə bağlı kiçik araşdırma edib. Məlumata görə, Azərbaycanda ən gənc nazirin 39, ən yaşlısının isə 68 yaşı var.

Nazirlər və onların yaşlarını təqdim edirik:

Müdafiə Sənayesi naziri Vüqar Mustafayev 1986-cı ildə Bakıda dünyaya gəlib. Onun 38 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Elm və təhsil naziri Emin Əmrullayev 30 dekabr 1982-ci il tarixində Bakıda anadan olub, 42 yaşındadır.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Mədəniyyət naziri Adil Kərimli 1979-cu ilin oktyabrın 22-də Bakıda anadan olub. 45 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Gənclər və İdman naziri Fərid Qayıbovun da 45 yaşı var. O, 24 aprel 1979-cu ildə Bakıda dünyaya gəlib.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Ədliyyə naziri Fərid Əhmədov 14 iyul 1978-ci ildə Bakıda anadan olub, 46 yaşındadır.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 45 yaşındadır. O, 1980-ci ildə Bakıda dünyaya gəlib.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin 47 yaşı var. O, 1977-ci ilin 26 avqustunda Sumqayıtda dünyaya göz açıb.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı il sentyabr 19-da Bakıda anadan olub. Onun 48 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov 15 sentyabr 1976-cı ildə Zəngilanda doğulub. 48 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Xarici işlər naziri Ceyhun Bayramov 25 iyun 1973-cü ildə Bakıda anadan olub, 51 yaşındadır.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Səhiyyə naziri Teymur Musayev 1970-ci ilin 16 sentyabrında Bakıda dünyaya gəlib. 54 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Energetika naziri Pərviz Şahbazov 1969-cu ilin 24 noyabrında Bakıda anadan olub, 56 yaşındadır.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Daxili işlər naziri Vilayət Eyvazov 56 yaşındadır. O, 28 iyun 1968-ci ildə Culfada doğulub.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 57 yaşındadır. O, 1967-ci il 16 oktyabr tarixində Bakıda doğulub.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci ilin iyulun 15-də Naxçıvanda dünyaya gəlib. Hazırda 63 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Müdafiə naziri Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda dünyaya gəlib. 65 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovdur. O, 1956-cı il noyabrın 30-da Bakıda anadan olub. Hazırda 68 yaşı var.

Ən gənc və ən yaşlı nazirlər onlardır -

Sevinc İbrahimzadə / Metbuat.az