Sərnişin avtobusu aşdı - 10-dan çox yaralı var

Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.

İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı