Cənubi Sudanda 21 nəfər daşıyan təyyarə qəzaya uğrayıb.

Metbuat.az “Miraya” radiosuna istinadən xəbər verir ki, hava limanından qalxdıqdan qısa müddət sonra baş verən qəza nəticəsində 18 nəfər dünyasını dəyişib, 3 nəfər isə ağır yaralanıb.

Məlumata görə, həlak olanlar arasında pilot və köməkçi pilot da var.