Polar Airlines" aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi Olekminskdən Yakutska uçarkən eniş şassisinin qırılması səbəbindən yerə enə bilməyib.
Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yakutiya Xilasetmə Xidməti məlumat yayıb.
Hadisə yerinə dərhal təcili xidmətlər cəlb olunub. Təyyarə daha sonra qəza enişi edə bilib.
Göyərtədə 34 sərnişin və 5 ekipaj üzvü olub, onların heç birinin xəsarət almadığı bildirilir.