Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.